Yazını böyüt
Yazını kiçilt
Milli Məclis "Dövlət icra məmurları haqqında", "İcra haqqında" və "Daşınar əmlakın yüklülüyü haqqında" qanunlara təklif edilən dəyişiklik layihələrini bir oxunuşda qəbul edib.
Hafta.az xəbər verir ki, layihəyə əsasən, icra məmurlarının hüquqlarına dəyişiklik edilir.
Qeyd olunub ki, icra məmurlarının hüquqları sırasındakı tələbi borclunun hesabında olan pul vəsaitlərinə yönəltmək hissəsi dəqiqləşdirilir.
Sənədə əsasən, icra məmurları tələbi borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı, elektron pul təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldə biləcəklər.