AZ

Çox qol vurduğumuz üçün rəqiblər bizdən bir qədər inciyirlər, amma... 9:1 in memarı

Fanat saytından verilən məlumata görə, ain.az xəbər verir.

2-ci Liqanın 23-cü turunda "Şəmkir"i qəbul edən "Qaradağ Lökbatan" 9:1 hesablı darmadağınla yadda qaldı. Qəsəbə təmsilçisinin baş məşqçisi Qəzənfər Abbasovla əlaqə saxlayıb böyük hesablı qələbəni şərh etməsini istədik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Şəmkir" uzaq yol gəlmişdi. Məncə, yorğonluq da sözünü dedi. Təbii ki, top fərqini yaxşılaşdırmaq üçün bizə mümkün qədər çox qol vurmaq lazım idi. Bu, həm də "Xankəndi" ilə oyuna daha rahat çıxmaq vacib idi. Çünki qələbə qazanacağımız halda, turnir cədvəlinin 1-ci pilləsinə yüksəlmək istəyirik. Düzdür, çox qol vurduğumuza görə rəqiblər bizdən bir qədər inciyirlər, amma məqsədimiz bəllidir. Tutaq ki, 5:0 hesabı ilə öndə olarkən qol vururuqsa, yenə topu götürüb mərkəzə qaçırıq və bu, kənardan yaxşı görünmür. Top fərqinə görə buna məcburuq. Bilirik ki, hər vurduğumuz qol bizə gələcəkdə lazım olacaq. 

Oyun istədiyimiz kimi alındı. Erkən qol vurduq. Bizə lazım olan da bu idi. Məlum məsələdir ki, qol geciksəydi, planımızı həyata keçirməyə çətinlik çəkəcəkdik. İlk iki qoldan sonra rəqibin ruhdan düşdüyü sezildi. İkinci yarıda daha rahat oynadıq. Çempion olmaq üçün əlimizdən gələn hər şeyi edirik".

Xatırladaq ki, "Qaradağ Lökbatan" 24-cü turda hazırda 3 xal geri qaldığı liderin - "Xankəndi"nin qonağı olacaq.

Toğrul

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
35
50
fanat.az

10Mənbələr