AZ

Kürdəmirdə küçələri su basdı FOTO/VİDEO

ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Axşamdan yağmağa başlayan güclü leysan yağışları Kürdəmirdə bir sıra fəsadlar yaradıb.Bizim.Media-nın Aran bürosu xəbər verir ki, yağış suları rayonun bəzi küçələrini suya qərq edib.İstər piyadaların, istərsə də sürücülərin gediş-gəlişi çətinləşib. Rayonun Şəhriyar, Alı Mustafayev və Fuad Şirəliyev küçələrində subasma səbəbindən piyadalar üçün yol bağlanıb.Hazırda suyun küçələrdən çəkilməsi və yaranmış çətinliyin aradan qaldırılması istiqamətində aidiyyatı qurumun əməkdaşları tərəfindən zəruri tədbirlər həyata keçirilir.

Bizim.Media, Aran bürosu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
1
bizim.media

2Mənbələr