Xəbər verdiyimiz kimi, "Bakı Metropoliteni" QSC-nin "Qara Qarayev–Nərimanov" mənzilində hazırda təmas relsinə yüksək gərginliyin verilməsində problem yarandığına görə, metropolitenin bütün stansiyalarına giriş məhdudlaşdırılıb və sakinlər təxliyyə edilib.
Ölkə.Az xəbər verir ki, bu da metrostansiyaların çıxışlarında sıxlıq yaradıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Ölkə.Az-a bildirilib ki, baş vermiş halla əlaqədar hazırda müvafiq istiqamətlər üzrə marşrut xətlərinə əlavə avtobuslar buraxılıb:
"Sərnişin axınının qarşılanması istiqamətində operativ tədbirlər görülür.
Belə ki, Koroğlu metrosu – 28 May metrosu, Elmlər Akademiyası metrosu – Nizami metrosu – 28 May metrosu, həmçinin Əhmədli metrosu – Sadıqcan küçəsi istiqamətlərində fəaliyyət göstərən marşrut xətlərinə əlavə nəqliyyat vasitələri cəlb edilib" - məlumatda deyilir.
Billurə