ain.az, Fanat saytına istinadən bildirir.
Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında mübarizə aparan güləşçilərimizdən 2-si bu gün qələbə qazanıb.
Fanat.Az xəbər verir ki, yunan-Roma güləşçisi Ruslan Nurullayev (72 kq) Ukrayna təmsilçisi Dmitro Vasilyevi 9:5 hesabı ilə məğlub edib.
Beləliklə, Nurullayev 1/4 final mərhələsinə yüksəlib.
Daha bir yunan-Roma güləşçisi Murad Əhmədiyev (97 kq) isə Finlandiya təmsilçisi Arvi Savolayneni 7:3 hesabı ilə yenib.
Beləliklə, Əhmədiyev 1/8 final mərhələsinə adlayb.
Qeyd edək ki, yarışın ikinci günündə Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) da bu gün xalça üzərinə çıxacaqlar.
H.Cəfərov daha əvvəl üç, N.Məmmədli iki, Q.Qurbanov bir dəfə qitə çempionatında qızıl mükafat əldə ediblər.
Bundan əlavə, Rəşad Məmmədov (55 kq), İslam Abbasov (87 kq) və Beka Kandelaki (130 kq) bürünc medal uğrunda görüşlərə çıxacaqlar.
Avropa çempionatı aprelin 26-da başa çatacaq.
Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.