AZ

Gömrük Komitəsi sayt və mobil tətbiqə texniki xidmət üçün 271 min manat xərcləyəcək

Yeniavaz portalından verilən məlumata əsasən, ain.az bildirir.

Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Crocusoft” MMC (VÖEN – 2003476031) olub.

Yeniavaz.com xəbər verir ki, Gömrük Komitəsi “www.customs.gov.az” veb saytının, “Mobil Gömrük” və “Smart Customs” mobil tətbiqlərinin proqram təminatlarına texniki dəstək xidmətinin satın alınmasına görə “Crocusoft” MMC-yə bir il üçün 271 min 400 manat ödəyəcək.

Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 5 manat olan “Crocusoft” MMC-nin hüquqi ünvanı Heydər Əliyev pr. Ev 185A, M3, m. 2-də yerləşir. MMC-nin qanuni təmsilçisi Abdullazadə Elnur Samit oğludur.

Onu da bildirək ki, MMC-nin hüquqi ünvanı daha əvvəl Xətai rayonu, Əhmədli ŞTQ, Sadıqcan, ev 27, m. 125-də yerləşib. MMC-nin qanuni təmsilçisi isə Babakişiyev Rüfət Sənan oğlu olub.Elnur Əli

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
51
1
yeniavaz.com

2Mənbələr