ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Kuba qısa müddət əvvəl ABŞ-dən gələn bir heyətlə paytaxt Havana şəhərində görüş keçirildiyini təsdiqləyib.
"Cebheinfo.az" xəbər verir ki, Kuba mərkəzli “Granma” qəzetinin məlumatına görə, ABŞ heyətinin Havanada Kubanın sabiq dövlət başçısı Raul Kastronun nəvəsi Guillermo Rodriguez Kastro ilə görüşdüyü barədə xəbərlər təsdiq olunub.
Kuba Xarici İşlər Nazirliyində ABŞ məsələləri üzrə baş direktor müavini Alejandro Garcia del Toro Vaşinqtondan gələn heyətlə görüş keçirildiyinə dair məlumatlara aydınlıq gətirib.
Görüşün həssas xarakter daşıdığını bildirən Alejandro Garcia del Toro qeyd edib:
“Bu, həssas məsələdir və daha əvvəl də dediyimiz kimi, prosesi ehtiyatla aparırıq. Lakin yaxın zamanda Kubada Kuba və ABŞ heyətləri arasında görüş keçirildiyini təsdiqləyə bilərəm”.
ABŞ mətbuatında yer alan “Kubadakı bəzi siyasi məhbusların azad edilməsi üçün ultimatum verilib” iddialarını təkzib edən Alejandro Garcia del Toro bildirib ki, enerji sanksiyalarının aradan qaldırılması Kuba tərəfi üçün əsas prioritetdir.
O vurğulayıb ki, bu iqtisadi təzyiq bütün Kuba xalqına qarşı ədalətsiz cəza olmaqla yanaşı, eyni zamanda Kubaya yanacaq ixrac etmək hüququna malik dövlətlərə qarşı qlobal miqyasda təzyiq vasitəsidir.
Görüşdə ABŞ tərəfi Xarici İşlər Nazirliyinin “köməkçi katib” səviyyəsində nümayəndələrlə təmsil olunub, Kuba tərəfi isə nazir müavini səviyyəsində iştirak edib.
“Axios” nəşrinin məlumatına görə, ABŞ Xarici İşlər Nazirliyinin nümayəndələri Kubaya səfər edərək burada Guillermo Rodriguez Kastro daxil olmaqla bir sıra rəsmi şəxslərlə görüşlər keçirib.
Mənbələr bildirir ki, bu heyət son 10 ildən çox müddətdə Kubaya səfər edən ilk rəsmi ABŞ nümayəndə heyəti olub.
Görüşlər zamanı müxtəlif mövzular müzakirə edilsə də, digər iştirakçılar barədə məlumat açıqlanmayıb.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.