AZ

Ağdamda dərsə gedən qızı maşın vurdu

Ağdamda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Xındırıstan kəndi ərazisində baş verib. Kənd sakini - 2009-cu il təvəllüdlü rayon sakini Günel Şirinli yolu keçərkən VAZ-2107 markalı avtomobillə vurulub. Yaralı xəstəxanaya çatdırılıb.

Məlumata görə, G.Şirinli Xındırıstan kənd orta məktəbinin 11-ci sinif şagirdidir və o, səhər saatlarında dərsə gedirmiş.

Faktla bağlı araşdırma aparılır.
Seçilən
0
3
7news.az

4Mənbələr