AZ

Futbolçunu bıçaqladılar

Yazını böyüt
Yazını kiçilt

Danimarkanın “Midtüllan” komandasının futbolçusu Alamara Cabi bıçaqlanma nəticəsində ağır xəsarət alıb.

Hafta.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında yazılıb. Bildirilir ki, hadisə bazar gününə keçən gecə Herninq şəhərinin mərkəzində baş verib.

Həkimlərin sözlərinə görə, iki əməliyyat keçirən 19 yaşlı futbolçunun vəziyyəti stabildir. Yarımmüdafiəçi süni komadan çıxarılıb və özünü yaxşı hiss edir.

Qeyd edək ki, Qvineya-Bisaudan olan Alamara Cabi “Midtüllan”ın əsas komandasında iki oyun keçirib.

Seçilən
37
hafta.az

1Mənbələr