Aprelin 21-də Ağdam şəhərinə köçürülən ailələrə mənzillərin açarları təqdim olunub...
APA-nın Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Ağdam şəhərinə 332 nəfərdən ibarət 92 ailə köçürülüb.
Mənzillərin açarlarının təqdimatı mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
***
Növbəti köç karvanı Ağdam şəhərinə çatıb.
Poliqon xəbər verir ki, bu mərhələdə Ağdam şəhərinə 92 ailə — ümumilikdə 332 nəfər köçürülüb.
***
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam edir.
Poliqon xəbər verir ki, bu mərhələdə Ağdam şəhərinə 92 ailə — ümumilikdə 332 nəfər köçürülüb.
Köç edənlər indiyədək respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Poliqon.info