AZ

"Yeraltı"nın aktyorundan mafiya serialları ilə bağlı iddialara cavab

"Yeraltı" serialında rol alan aktyor Ekin Mert Daymaz Türkiyədə məktəblərdə ard-arda baş verən hadisələrə münasibət bildirib.

Bizim.Media xəbər verir ki, aktyor baş verən faciələrin mafiya məzmunlu seriallardan qaynaqlı olması ilə bağlı yayılan iddialarla razılaşmadığını açıqlayıb:

"Seriallar tək başına belə şeylərə səbəb ola bilməz. İnsan bunu edəcəksə, edəcək. Biz serial çəkməsək də internet var. Dünyada saysız-hesabsız serial mövcuddur, bizimkini izləməsələr, ona baxacaqlar".

Qeyd edək ki, Ekin sözügedən serialda "Ferhat" obrazını canlandırır.

Bizim.Media
 

Seçilən
29
1
bizim.media

2Mənbələr