ain.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
ABŞ və İran arasında əldə olunan atəşkəsin müddəti uzadılmadığı təqdirdə, aprelin 23-ü saat 03:00-da başa çatacaq.
Turkustan.az xəbər verir ki, tərəflər arasında gərginlik davam etdiyindən atəşkəsin gələcəyi ilə bağlı qeyri-müəyyənlik qalır.
ABŞ Prezidenti Donald Tramp sosial media hesabında yaydığı qısa açıqlamada İranı atəşkəsi pozmaqda ittiham edib. O bildirib: “İran dəfələrlə atəşkəsi pozub!”. Bununla yanaşı, razılaşma əldə olunmadığı halda Trampın atəşkəsi yenidən uzadıb-uzatmayacağı hələlik bəlli deyil.
Əvvəlcə atəşkəsin aprelin 22-si gecə saatlarında başa çatacağı gözlənilsə də, Trampın “Vaşinqton vaxtı ilə çərşənbə axşamı” ifadəsi səbəbindən müddətin 23 aprel səhərinədək uzandığı ehtimal olunur.
Digər tərəfdən, ABŞ vitse-prezidenti JD Vens-in İranla mümkün danışıqlar üçün Pakistana səfər edəcəyi barədə iddialar səslənsə də, Reuters agentliyinə danışan mənbə bu məlumatları təkzib edib və Vensin hazırda ABŞ-da olduğunu bildirib.
Eyni zamanda, İran dövlət televiziyası da ABŞ ilə mümkün danışıqlar üçün Pakistana heç bir nümayəndə heyətinin göndərilmədiyini açıqlayıb. İran rəsmiləri İslamabadda danışıqların aparıldığı barədə yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini vurğulayıblar.
Aytən Yaşar/ Turkustan.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.