AZ

Daşkənddə tibbi infotur: Azərbaycanlı həkimlər beynəlxalq əməkdaşlıq imkanlarını müzakirə edib -FOTOLAR

6–9 aprel tarixlərində AYDIN PARTNERS MMC-nin təşkilatçılığı və Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası-nın dəstəyi ilə Daşkənd şəhərinə tibbi infotur təşkil olunub.

Tədbirdə Azərbaycandan müxtəlif ixtisaslar üzrə həkimlər iştirak ediblər. İnfotur çərçivəsində iştirakçılar Özbəkistanın aparıcı klinikalarını ziyarət edərək səhiyyə sahəsində mövcud imkanlarla yaxından tanış olublar.

Proqram zamanı tərəflər arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub, həmçinin peşəkar təcrübə və bilik mübadiləsi aparılıb.

Mütəxəssislərin fikrincə, bu kimi beynəlxalq təşəbbüslər səhiyyə sektorunda əlaqələrin genişlənməsinə, qarşılıqlı təcrübə paylaşımına və yeni əməkdaşlıq imkanlarının yaranmasına mühüm töhfə verir.

image-1 image-2 image-3 image-4 image-5 image-6 image-7 image-8

Seçilən
15
1
veteninfo.az

2Mənbələr