AZ

Qadın sahibkarlar üçün maliyyə təlimi: “Bank of Baku”dan dayanıqlı biznesin inkişafına dəstək

“Bank of Baku” ölkədə sahibkarlığın inkişafını dəstəkləmək məqsədilə mikro, kiçik və orta biznes sahibləri üçün maarifləndirici təlim təşkil edib. “25 Aprel – Sahibkarlar Günü” ərəfəsində keçirilən tədbir  “Bank of Baku”nun təşkilatçılığı və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) dəstəyi ilə baş tutub. Təlimdə 20-dən çox sahibkar qadın iştirak edib. “Praqmatik Maliyyə: Qadın Sahibkarlar üçün Artım Modelləri” mövzusunda keçirilən tədbirin əsas məqsədi qadın sahibkarlar arasında maliyyə savadlılığını artırmaq və bizneslərin dayanıqlı inkişafına dəstək verməkdir.

Təlim çərçivəsində maliyyə hesabatlarının tərtibi, nağd axınının idarə edilməsi, kredit yükünün optimallaşdırılması və bizneslə şəxsi maliyyənin ayrılması kimi vacib mövzular əhatə olunub. Təlimin ikinci hissəsində müasir investisiya alətləri, o cümlədən kriptovalyuta, əmanət və istiqrazın fərqli cəhətləri, üstünlükləri və riskləri müzakirə edilib.

Təlimçi qismində “Bank of Baku”nun KOB bankçılıq departamentinin direktor müavini və Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi İsmayıl Məmmədov, eləcə də “Bank of Baku”nun Xəzinədarlıq departamentinin şöbə müdiri Hüseyn Hüseynli çıxış ediblər.

Qeyd edək ki, KOB subyektlərinə dəstək verilməsi və korporativ bankçılığın genişləndirilməsi “Bank of Baku”nun strateji inkişaf planında xüsusi yer tutur. Bank hazırda 21 filialı vasitəsilə 1 milyondan çox həm fiziki, həm də hüquqi şəxs müştərilərinə müxtəlif bankçılıq xidmətləri təqdim edir.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”

Seçilən
40
7
azerbaijan-news.az

9Mənbələr