AZ

Tramp İranla atəşkəs rejimini uzatmaq istəmir

ABŞ Prezidenti Donald Tramp İranla atəşkəsi uzatmaq istəmədiyini bildirib.

Tramp bunu CNBC-yə müsahibəsində deyib.

O, yaxşı bir razılaşma əldə etmək istədiyini və bunu əldə etmək üçün çox vaxtının olduğunu vurğulayıb.

“Biz müharibəni tam udmuşuq. Kaş siz bizim iranlılarla söhbətlərimizi eşidə biləydiniz”, - ABŞ lideri qeyd edib.

O əlavə edib ki, ABŞ öz hərbi gücünü tamamilə bərpa edib və atəşkəsdən əvvəlki dövrlə müqayisədə daha güclüdür: “Biz atəşkəsdən gücümüzü yeniləmək üçün istifadə etdik. Onlar (İran) isə çox güman az həcmdə öz güclərini yeniləyiblər”.

"Cebheinfo.az"

Seçilən
10
1
cebheinfo.az

8Mənbələr