AZ

Regionlarda səyyar xidmətlər davam etdirilir

Xalq qazeti portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ölkəmizin müxtəlif kənd və qəsəbələrində yaşayan həssas kateqoriyadan olan şəxslər üçün müraciətlərin əlçatanlığını təmin etmək məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən regionlarda səyyar xidmətlər davam etdirilir.

Ağsu, Kürdəmir, Yevlax, Tərtər, Ağstafa, Ağdaş, Şamaxı, Salyan, Ağcabədi, Mingəçevir, İsmayıllı, Ağstafa və Göyçayda  yaşayan sağlamlıq imkanları məhdud şəxslərə növbəti səyyar xidmətlər göstərilib.

Səyyar xidmətlər zamanı Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətlərinə uyğun olaraq şəxslərə yaşadıqları ünvanlarda müvafiq yaşama üçün icazə vəsiqələri təqdim edilib. Bundan başqa müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması (müddətinin uzadılması),  eləcə də vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə bağlı tələb olunan sənədlər yerindəcə qəbul edilib. 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
33
1
xalqqazeti.az

2Mənbələr