AZ

Azərbaycanın pambıq ixrac və idxalı artıb

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycandan 70,068 milyon ABŞdolları dəyərində 47,7 min ton pambıq ixrac edilib.

Trend bubarədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyərifadəsində 22,7 milyon ABŞ dolları və ya 1,5 dəfə, həcm baxımındanisə 17,3 min ton və yaxud 56,8% çoxdur.

Pambıq ixracı ölkənin bu ilin yanvar-mart aylarının ümumi məhsulixracında 0,74% paya malik olub.

Eyni zamanda 2026-cı ilin yanvar-mart aylarında Azərbaycana2,735 milyon ABŞ dolları dəyərində pambıq idxal edilib.

Məlumata görə, bu, ötən ilin eyni dövründəki göstərici iləmüqayisədə 531 min ABŞ dolları və ya 24,1% çoxdur.

Hesabat dövründə pambıq idxalı ölkənin ümumi idxalının 0,07%-nitəşkil edib.

Məqalədə:
Seçilən
36
5
az.trend.az

9Mənbələr