AZ

ABŞ Fars körfəzi ölkələrinə maliyyə yardımı göstərə bilər

ABŞ İranla müharibədə Vaşinqtonu dəstəkləyən Fars körfəzi ölkələrinə maliyyə yardımı təqdim edə bilər.

"Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp CNBC-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Vaşinqton İranla qarşıdurma şəraitində etibarlı müttəfiq kimi çıxış edən Fars körfəzi ölkələrinə maliyyə dəstəyi verə bilər. Tramp BƏƏ (Birləşmiş Ərəb Əmirlikləri) ilə valyuta svopu imkanını istisna etməyib və bu variantın nəzərdən keçirildiyini qeyd edib.

"BƏƏ bizim üçün yaxşı müttəfiq olub. Hazırda qeyri-adi zamanlardır", - o deyib.

Bununla yanaşı, Tramp etiraf edib ki, ABŞ daxilində belə dəstək region ölkələrinin yüksək rifah səviyyəsi nəzərə alınmaqla birmənalı qarşılanmaya bilər. Səudiyyə Ərəbistanından danışan Tramp bildirib ki, Ər-Riyad hazırda heç nə istəmir, lakin Vaşinqtonun mühüm müttəfiqi olaraq qalır.

Seçilən
19
far.az

1Mənbələr