AZ

Yəhudi dövləti üçün ekzistensial təhlükəni aradan qaldırdıq - Netanyahu

Bakı. Trend:

ABŞ-İsrailin İrana qarşı hərbi əməliyyatları yəhudi dövləti üçünbirbaşa ekzistensial təhlükəni aradan qaldırmağa imkan verib.

Trend İsralmediasına istinadən xəbər verir ki, bunu İsrailin Baş naziriBenyamin Netanyahu bəyan edib.

Onun fikrincə, əks halda İsraili nüvə silahının tətbiqi iləHolokost miqyasında bir fəlakət gözləyə bilərdi.

“İran növbəti Holokostu planlaşdırırdı. O, bizi nüvə silahı -bombalar və minlərlə ballistik raketlə məhv etməyi düşünürdü. Əgərbiz bu ekzistensial təhlükəyə qarşı hərəkət etməsəydik, əgər bizqətiyyət və cəsarətlə davranmasaydıq, "ölüm məkanları" olan Nətanz,Fordo, İsfahan adları Holokost ölüm düşərgələrinin - Auşvits,Maydanek, Treblinka - adları ilə bir sırada çəkilə bilərdi”,- deyəNetanyahu Qüdsdə müharibələrdə həlak olanların və terrorqurbanlarının anım gününə həsr olunmuş dövlət mərasimində çıxışedərək bildirib.

“Amma bu baş vermədi, çünki biz böyük dostumuz olan ABŞ iləbirlikdə əvvəlcədən İran rejiminin dağıdıcı mexanizmini darmadağınetdik. Biz özümüz üçün birbaşa ekzistensial təhlükəni aradanqaldırdıq”,- deyə o əlavə edib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq vədanışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,müvəqqəti atəşkəs barədə razılığa gəliblər.

11 apreldə ABŞ və İran arasında İslamabadda keçiriləndanışıqlarda razılaşma əldə olunmayıb.

Məqalədə:
Seçilən
53
1
az.trend.az

2Mənbələr