AZ

Qafqazda sülh gündəmi: Kallasdan diqqətçəkən açıqlama

Aİ Cənubi Qafqazdakı prosesləri diqqət mərkəzində saxlayır. Brüssel regionda baş verən prosesləri mühüm prioritetlərdən biri kimi qiymətləndirir.

Bizim.Media xəbər verir ki, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasının Aİ üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.

O, jurnalistlərə açıqlamasında iki ölkə arasında sülh prosesinin irəliləməsinin və sabitliyin təmin olunmasının Avropa İttifaqı üçün strateji önəm daşıdığını vurğulayıb.
 

Kallasın sözlərinə görə, Aİ xarici işlər nazirlərinin növbəti toplantısında regionla bağlı bir sıra məsələlər müzakirə ediləcək. Bunlar arasında Ermənistanda Aİ-nin yeni missiyasının yaradılması və Azərbaycanla əməkdaşlığın genişləndirilməsi də yer alır.


Açıqlama Brüsselin Cənubi Qafqazda sabitlik və əməkdaşlığa artan marağını bir daha nümayiş etdirir. (demokrat.az)

Bizim.Media

Seçilən
28
1
bizim.media

2Mənbələr