Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda:
1. Koroğlu Rəhimov küçəsi, Akad. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
2. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
3. Zərifə Əliyeva küçəsində;
4. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
5. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
6. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;
7. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
8. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
9. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
10. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;
11. Neftçilər prospekti, Yusif Səfərov küçəsi istiqamətində;
12. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;
13. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;
14. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
15. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
16. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
17. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində;
18. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;
19. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində sıxlıq müşahidə olunur.
"Cebheinfo.az"