AZ

Xəyal üçün əlamətdar oyun

ain.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Turan Tovuz”un futbolçusu Xəyal Nəcəfov Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib.

Futbolpress.az xəbər verir ki, onun yubileyi Azərbaycan Premyer Liqasının XIX turuna təsadüf edib.

27 yaşlı yarımmüdafiəçi “Kəpəz”lə səfər matçının (2:5) gedişində meydana çıxıb. Debütü 2014/15 mövsümündə gerçəkləşən Xəyal 200 oyunda 6 qol vurub.

O, üç klubda forma geyinib. Nəcəfov “Sumqayıt”da 105 (2 qol), “Neftçi”də 17, “Turan Tovuz”da 78 (4 qol) dəfə şans qazanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
84
15
futbolpress.az

10Mənbələr