AZ

Millimizin yarımmüdafiəçisi onları qınayanlara nə cavab verdi?

Azərbaycan millisinin “FİFA Series-2026” turnirinin qalibi adını qazanması futbolçuların böyük sevincinə səbəb oldu.

Yığma üzvlərinin Syerra-Leone ilə qarşılaşmadan sonra qələbəni və kuboku hədsiz sevinclə bayram etməsi azarkeşlərdə narazılıq yaratdı.

Ki, Sent-Lüsiya və Syerra-Leoneni udan millinin futbolçuları bu şəkildə sevinməməlidir, kuboku bayram etməməlidir.

Millinin “Sabah”da oynayan yarımmüdafiəçisi Aleksey İsayev Sportinfo.az vasitəsi ilə bu cür düşünənlərə cavab verərək azarkeşlərə səslənib:

“Yığmanın formasını geyinirsənsə, qarşındakı rəqibin kimliyi yox, qələbə qazanmaq önəm daşıyır. Seçmə mərhələlərdə istədiyimiz nəticələri qazana bilmirdik deyə, içimizdə alov, istək, partlayış var idi.

Bizim üçün turnirin qalibi adını qazanmaq çox vacib idi. İstər motivasiya baxımından olsun, istərsə də məhsuldarlıq, oyun və sair.

Bu cür qələbələr futbolçularda özünəinam yaradır. Millətlər Liqasının matçlarından əvvəl hər kəsdə qələbələrə inam var.

Baş məşqçimiz Ayxan Abbasov çox yaxşı işlər görməkdədir. Onun təcrübəsinin köməkliyi ilə qrupun qalibi adını qazanacağımıza inanıram.

Azarkeşlərdən xahişim budur ki, yanımızda olsunlar, ən çətin anlarda bizi dəstəkləsinlər. Çünki hamımız Azərbaycanıı təmsil edirik”.

Mart ayında Sumqayıtda keçirilən “FİFA Series-2026” turnirində mübarizə aparan seçməmiz Sent-Lüsiyanı 6:1, Syerra-Leoneni penaltilər seriyasında 9:8 hesabı ilə üstələyərək qalib adını qazanıb.

HƏBİB

Seçilən
44
sportinfo.az

1Mənbələr