Turkstan.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
ABŞ-da Respublikaçılar və Donald Trampla yaxın əlaqələri ilə tanınan jurnalist Taker Karlson Trampın ikinci müddətə yenidən seçilməsini dəstəklədiyinə görə üzr istəyib.
Turkustan.az xəbər verir ki, İranla bağlı siyasət fonunda Tramp ilə getdikcə daha çox fikir ayrılığı yaşayan Karlson bildirib: “Mən uzun müddət buna görə özümü günahkar hiss edəcəyəm”.
Respublikaçılara yaxın mövqeyi ilə tanınan jurnalist Trampı dəstəklədiyinə görə peşman olduğunu açıq şəkildə ifadə edib. Keçmiş Fox News aparıcısı qeyd edib ki, bu qərarı ilə bağlı uzun müddət günahkarlıq hissi keçirəcək.
Bazar ertəsi yayımlanan verilişində Karlson qardaşı, respublikaçı strateq Bakli Karlsonu qonaq edib. Proqram zamanı o, Tramp administrasiyasının İrana qarşı həyata keçirdiyi “Epik Qəzəb Əməliyyatı”nı “tamamilə şər” adlandıraraq ABŞ prezidentinə yönəlik tənqidlərini davam etdirib.
Aytən Yaşar/ Turkustan.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.