AZ

Xəzinə əməliyyatları üzrə xidmət pasportlarının yaradılmasına başlanılıb

Bakı. Trend:

Artıq xəzinə əməliyyatları üzrə xidmət pasportlarınınyaradılmasına başlanılıb.

Trend xəbər verirki, bu barədə Maliyyə Nazirliyində keçirilən Kollegiya iclasındaməlumat verilib.

Bildirilib ki, bu məqsədlə Dövlət Xəzinədarlıq Agentliyitərəfindən göstərilən xidmətlər unifikasiya edilərək 75 adda xidmətəməliyyatı müəyyən olunub, 1000-dən çox prosesi əhatə edən, bütünxidmətləri özündə birləşdirən 12 xidmət pasportu və 1 təlimathazırlanıb. Qeyd olunub ki, bu təşəbbüs büdcə təşkilatlarınınmaarifləndirilməsinə, proseslərin təkmilləşdirilməsinə, həmçininpasportların bütün əməkdaşlar tərəfindən mənimsənilərək xəzinəəməliyyatlarında bələdçi rolunu oynamasına xidmət edir.

Kollegiyanın sədri Dövlət Xəzinədarlıq Agentliyinə elektronsistemlərin, o cümlədən “Maliyyə Hesabatlılıq Portalı”nıntəkmilləşdirilməsi, büdcənin icrasına operativ nəzarətingücləndirilməsi və vahid xəzinə hesabının qalığının real vaxtrejimində izlənilməsi imkanlarının genişləndirilməsi istiqamətindətədbirlərin davam etdirilməsini tapşırıb. Eyni zamanda, xəzinəəməliyyatları üzrə vahid standartların tətbiqi, daxili nəzarət,monitorinq və hesabatlılıq mexanizmlərinin gücləndirilməsi,proseslərin təhlili və davamlı təkmilləşdirilməsi məqsədilə xidmətpasportlarının hazırlanması işlərinin davam etdirilməsininvacibliyi vurğulanıb.

Məqalədə:
Seçilən
107
az.trend.az

1Mənbələr