Oskar mükafatı qazanan "Rəsmi hekayə" (La historia official, 1985) filminin rejissoru argentinalı rejissor Luis Puenzo vəfat edib.
Azreform.info xəbər verir ki, bu barədə Argentina Müəlliflər Cəmiyyəti məlumat verib.
Puenzo Buenos Ayresdə vəfat edib . O, 80 yaşında idi.
"Rəsmi hekayə" 1986-cı ildə "Ən Yaxşı Xarici Dildə Film" mükafatını qazanaraq Oskar mükafatı qazanan ilk Argentina filmi oldu. Puenzo həmçinin ssenarinin həmmüəllifidir. "Rəsmi hekayə" Argentinada hərbi rejim dövründə ( 1976-1982) qətlə yetirilmiş müxalifət xadimlərinin repressiyası və uşaqlarının himayəyə götürülməsi hekayəsindən bəhs edir.
Elvin
Azreform.info