Yazını böyüt
Yazını kiçilt
Türkiyənin yunan-Roma güləşçisi Rza Kayaalp karyerasında 13-cü Avropa çempionluğu üçün final görüşünə çıxıb.
Hafta.az xəbər verir ki, 130 kiloqram çəkidə çıxış edən təcrübəli güləşçi Albaniyanın paytaxtı Tiranada keçirilən turnirin həlledici qarşılaşmasında macarıstanlı Darius Attila Viteklə üz-üzə gəlib. 36 yaşlı idmançı rəqibini məğlub edərək rusiyalı Aleksandr Karelinin rekordunu (12) yeniləyib və Avropanın ən titullu yunan-Roma güləşçisi ünvanını ələ keçirib.