BAKI, 22 aprel. TELEQRAF
Hesablama Palatası Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxs tərəfindən dövlət vəsaitlərinin və əmlakının istifadəsi üzrə auditin nəticələrini açıqlayıb.
Teleqraf palataya istinadən xəbər verir ki, “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs tərəfindən dövlət vəsaitlərinin və dövlət əmlakının istifadəsi və idarə edilməsinin auditi ötən il aparılıb.
Sənədə görə, 2024-cü ildə dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi üçün ayrılan vəsaitdən büdcə ilinin sonuna qalıqda qalan
hissəsi və dövlət əmlakının satışından daxil olan, istifadə edilməyən vəsait nəzərə alınmaqla dövlət sifarişli öhdəliklərin icrası məqsədi ilə 2025-ci il üzrə bağlanılmış müqavilənin
(maliyyələşmədən) azaldılması təmin edilməyib.
Xidmətin vəzifə öhdəliklərinə aid olmayan sahəyə də vəsait yönəldilib. Əmək haqqı üzrə
artıq ödənişə yol verilib. Bəzi hallarda təsdiqedici sənədlərin mühasibat uçotu qanunvericiliyin tələblərinə uyğun tərtib edilməyib. Maliyyə əməliyyatlarının
mühasibat uçotu vaxtında tanınmayıb,vergi qanunvericiliyinin tələbləri gözlənilməyib.
Obyektlərin layihə-smeta sənədlərinin hazırlanması və tikintisi prosesində qüvvədə olan tikinti normativlərindən kənarlaşmalara yol verilib. Dövlət ekspertizasından keçmiş layihələrdə
müəyyənləşdirilmiş həcmdən bəzi hallarda artıq və ya az miqdarda iş qəbul aktına daxil edilib.
Layihə tapşırıqlarında mühəndis-geoloji tədqiqat işlərinə dair texniki hesabatın nəticələrinin düzgün göstərilməməsi və bəzi hallarda layihədən artıq iş həcmlərinin smeta
sənədlərinə, müqavilənin qiymət cədvəlinə və yerinə yetirilmiş işlərin qəbulu aktlarına daxiledilməsi satınalma üzrə işlərin həcm və dəyərinin də artmasına səbəb olub.
2, 3, 4 və 5 otaqlı fərdi yaşayış evlərinin tikintisi üzrə layihə tapşırıqlarında mühəndis-geoloji tədqiqat işlərinə dair texniki hesabatın nəticələrinin düzgün göstərilməməsi ehtimal dəyərinin artmasını şərtləndirib.
Dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ayrılan vəsaitin idarə edilməsi baxımından maliyyə inzibatçılığında boşluqlara yol
verilib. İcra olunmayan vəsait Xidmətin hbank hesabında saxlanılıb. Hətta vəsaitin əsas hissəsi aşağı faizlə müvafiq banklarda depozit kimi yerləşdirilib.