Bakı. Trend:
Azərbaycanın yunan-Roma güləşçiləri Albaniyanın paytaxtıTiranada keçirilən Avropa çempionatının ilk gününü 2 bürünc medallabaşa vurublar.
Trend-inməlumatına görə, son olaraq İslam Abbasov (87 kiloqram) üçüncü yeruğrunda qarşılaşmada rəqibinə qalib gəlib.
Daha əvvəl Rəşad Məmmədov (55 kiloqram) bürünc mükafata sahibçıxıb.
Qeyd edək ki, Azərbaycan aprelin 26-dək davam edəcək Avropaçempionatında 25 güləşçi ilə təmsil olunur.