AZ

"İnter" İtaliya Kubokunun finalına yüksəlib

Bakı. Trend:

İtaliya Kubokunun yarımfinalının ikinci oyununda "İnter""Komo"nu 3-2 hesabı ilə məğlub edərək turnirin finalına vəsiqəqazanıb.

Trend-in məlumatına görə, görüş Milanda baş tutub.

"İnter"in heyətində Hakan Çalhanoğlu (69-cu və 86-cı dəqiqələr)və Petar Suçiç (89) fəqrləniblər. Məğlub olan komandadan MartinBaturina (32) və Luka da Kunya (48) qol vurublar.

İlk oyun 0-0 hesabı ilə başa çatıb. İnter finaldaAtalanta-Latsio qarşılaşmasının qalibi ilə oynayacaq.

Seçilən
218
az.trend.az

1Mənbələr