AZ

Mbappe şəxsi rekord müəyyənləşdirdi

"Real Madrid"in hücumçusu Kilian Mbappe İspaniya La Liqasının 33-cü turunda "Alaves"lə oyunda qol vuraraq yeni rekorda imza atıb.

Oxu.Az xəbər verir ki, fransız ulduz müdafiəçidən qayıdan topu uzaqdan zərbə ilə tora göndərib.

Bu qol Kilian Mbappe üçün cari mövsüm bütün turnirlər daxil olmaqla, cərimə meydançasının xaricindən vurduğu səkkizinci qol olub.

Bu, Mbappenin karyerası ərzində ən yaxşı nəticədir. Eyni zamanda, o, bu göstərici ilə Avropanın top-5 liqasında çıxış edən bütün futbolçular arasında liderliyə yüksəlib.

Seçilən
138
41
musavat.com

10Mənbələr