AZ

SON DƏQİQƏ! Rusiyaya kütləvi PUA HÜCUMU: Dağıntılar altında qalanlar var... - VİDEO

Ukraynaya məxsus pilotsuz uçuş aparatları (PUA) Rusiyanın Sızran şəhərinə hücum edib, nəticədə çoxmənzilli yaşayış binasının girişi tamamilə uçub.

Musavat.com xəbər verir ki, hadisə nəticəsində 2-si uşaq olmaqla, ümumilikdə 11 nəfər yaralanıb.

Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hazırda dağıntılar altında qalanların xilas edilməsi üçün axtarış işləri davam etdirilir. Dağıntılar altında hələ də insanların ola biləcəyi ehtimal edilir. Bölgədə PUA hücumu təhlükəsi hələ də qalmaqdadır.

Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda isə bildirilir ki, gecə ərzində ölkənin müxtəlif regionları üzərində Ukraynaya məxsus 155 dron hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.

Musavat.com

Seçilən
88
36
musavat.com

10Mənbələr