Hörmüz boğazında gəmilərin hərəkətinin məhdudlaşdırılması səbəbindən dünya miqyasında böyük bir ərzaq şoku təhlükəsi yaranıb.
Publika.az Musavat.com-a istinadən xəbər verir ki, enerji axınlarının blokadaya alınması artıq gübrə çatışmazlığına və logistik çöküşlərə səbəb olub.
"Financial Times"ın məlumatına görə, Hörmüz boğazı neft və qaz ixracının beşdə birini təmin etməklə yanaşı, həm də dəniz yolu ilə gübrə ticarətinin üçdə birini reallaşdırır. Gübrə tədarükünün kəsilməsi kənd təsərrüfatında məhsuldarlığın kəskin aşağı düşməsi deməkdir.
"Vitol" şirkətinin mayeləşdirilmiş təbii qaz (LNG) şöbəsinin rəhbəri Pablo Qalante Eskobar Lozannadakı sammitdə bildirib ki, biz hazırda "borc içində" yaşayırıq və bu, dayanıqlı həll deyil:
"Əks halda, enerji böhranı tezliklə ərzaq böhranına çevriləcək".