AZ

Türkiyədə CHP-li bələdiyyə sədri saxlanıldı


İstanbulun Ataşehir bələdiyyəsinin sədri Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü Onursal Adıgüzel saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Məlumata görə, O. Adıgüzel və onun müavinləri ilə birlikdə 20 şəxs aprelin 18-də rüşvət alma, cinayət törətmək məqsədilə mütəşəkkil dəstə yaratma, ona rəhbərlik etmə və üzv olma, tenderin nəticələrini saxtalaşdırma ittihamları ilə saxlanılıb.
İstanbul Polis İdarəsinin Maliyyə Cinayətləri Şöbəsinin araşdırmasında qeyd olunan hallar üzrə cinayət elementləri müəyyən edilib.
O. Adıgüzel daxil olmaqla, hakim qarşısına çıxarılan təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Seçilən
51
10
yeniavaz.com

10Mənbələr