AZ

Çelikdən onu tənqid edən azərbaycanlıya SƏRT CAVAB 

Türkiyəli müğənni Çelik bir neçə gün əvvəl Bakıda verdiyi konsertdə tamaşaçılarla kobud davranışı ilə gündəm olub.

Musavat.com bildirir ki, ifaçı sosial şəbəkədə onu tənqid edən azərbaycanlı izləyiclərdən birinə cavab verib.

"Türkiyədə işi olmayan, telekanallara çıxmayan, pulu bitən, qumar borcu olan, Türkiyədə heç kimin saymadığı müğənnilər pul toplamaq üçün Bakıya gəlir" sözləri Çeliki əsəbiləşdirib.

İfaçı şərhə "Başqası haqda nəsə deyə bilmərəm. Ancaq mənim hər ay Türkiyədə 15-20 konsertim var və hamısı qısa zamanda "sold-out" olur. Bunlar sizin öz düşüncələrinizdir. ABŞ, Almaniya, Belçika, Niderland və Avstraliyada səhnələrə çıxıram. Siz ancaq saxta profildən bunları yaza bilərsiniz. Gerçək profilinizlə yaza bilməyəcək qədər qorxaq və xaraktersizsiniz" cavabını yazıb.

Qeyd edək ki, Çelik konsert zamanı onunla foto çəkdirmək istəyən tamaşaçılarla kobud davranıb.

Musavat.com

Seçilən
55
1
musavat.com

2Mənbələr