AZ

Rafael Markes Meksika millisinin yeni baş məşqçisi olacaq

Bakı, 22 aprel, AZƏRTAC

Meksika millisinin baş məşqçisi Xavyer Aqirre dünya çempionatından sonra yığmadan ayrılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Meksika Futbol Federasiyası məlumat yayıb.

Bildirilib ki, bu vəzifəyə hazırda Aqirrenin köməkçisi olan Rafael Markes gətiriləcək.

Qeyd edək ki, Meksika yığması 2026-cı il dünya çempionatında Cənubi Afrika Respublikası, Cənubi Koreya və Çexiya ilə eyni qrupda mübarizə aparacaq.

Seçilən
57
3
azertag.az

3Mənbələr