AZ

40 000-dən çox istifadəçinin Birbank tətbiqi cihazlarındakı virusa görə bloklanıb

"2025-ci ildə 40 000-dən çox istifadəçinin cihazında virus olduğu üçün onların Birbank tətbiqini bloklamışıq".Metbuat.az xəbər verir ki, bu barədə Kapital Bank-ın rəsmisi Ağarza Baxşiyev məlumat verib.

O, ötən il bank tərəfindən tətbiq edilən daha bir yeniliyi bölüşərək bildirib ki, 2025-ci ildə 40 000-dən çox istifadəçinin cihazında Birbank tətbiqinin fəaliyyətinə mane olan virus aşkarlanıb. Virusla yoluxan cihazlarda bank tətbiqi bloklanıb. Bununla da minlərlə vətəndaşın potensial dələduzluq riski ilə üzləşməsinin qarşısı alınıb.

Seçilən
55
3
metbuat.az

5Mənbələr