AZ

Rusiyanın səfiri İtaliya XİN-ə çağırılıb

Moskva, 22 aprel, AZƏRTAC

Rusiyanın İtaliyadakı səfiri Aleksey Paramonov İtaliya Xarici İşlər Nazirliyinə çağırılıb və orada rusiyalı televiziya aparıcısı Vladimir Solovyovun İtaliya Baş naziri Ciorcia Meloniyə qarşı təhqiramiz ifadələri ilə bağlı ona rəsmi etiraz bildirilib.

AZƏRTAC xəbər verir ki, İtaliya tərəfi jurnalistin ifadələrini “son dərəcə ciddi və təhqiramiz” adlandırıb, bundan sonra rusiyalı diplomata müvafiq demarş edilib. Paramonov, öz növbəsində, Solovyovun ifadələrinin Moskvanın rəsmi mövqeyini əks etdirmədiyini və jurnalistin şəxsi fikri olduğunu vurğulayıb. O, Rusiya hakimiyyətinin İtaliyaya və ya onun rəhbərliyinin ünvanına heç bir təhqiramiz ifadə işlətmədiyini qeyd edib.

Baş verənlərin fonunda Meloni sosial mediada bəyanat yayımlayıb və İtaliyanın qərar qəbuletmədə müstəqil olduğunu vurğulayıb. Baş nazir bildirib ki, xarici təzyiqlərə baxmayaraq, ölkə yalnız öz milli maraqlarına əsaslanacaq.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Seçilən
51
1
azertag.az

2Mənbələr