Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasında (MSK) dövlət vəsaitinin və əmlakının istifadəsində bir sıra nöqsanlar müəyyən edilib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Hesablama Palatasının "Dövlət auditi" bülletenində bildirilir.
Sənədə əsasən, audit zamanı dövlət vəsaitlərinin istifadəsi, satınalmaların aparılması və maliyyə hesabatlarının tərtibi prosesləri təhlil olunub.
Nəticədə müəyyən edilib ki, bəzi hallarda vəsaitlərin istifadəsi hüquqi aktların tələblərinə tam uyğun həyata keçirilməyib, maliyyə intizamı və hesabatlılıq sahəsində çatışmazlıqlara yol verilib.
Hesabatda qeyd olunub ki, dövlət satınalmaları və mühasibat uçotu ilə bağlı prosedurların icrasında da uyğunsuzluqlar mövcuddur ki, bu da dövlət vəsaitlərinin idarə olunmasında riskləri artırır.
Hesablama Palatası aşkar edilmiş nöqsanların aradan qaldırılması və nəzarət mexanizmlərinin gücləndirilməsi ilə bağlı müvafiq tövsiyələr verib.
Telegram kanalımız