AZ

YAP-ın MSK üzvlüyünə yeni namizədləri siyahısından ONUN ADI ÇIXARILDI

bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclasında partiyanın MSK üzvlüyünə yeni namizədləri müəyyənləşib.

News365.az xatırladır ki, 2021-ci ildə MSK üzvlüyünə namizəd olmuş Məzahir Pənahov, Rövzət Qasımov, Hüseyn Paşayev, Ramiz İbrahimov, Elmar Məmmədov və Şaitdin Əliyev siyahının əsasını təşkil edirdilər.

Hakim partiyanın MSK üzvlüyünə budəfəki namizədlərl siyahısında isə iki yeni ad yer alıb: Sevinc Abdullayeva və Elnarə Mustafayeva.

Beləliklə, yeni siyahıda bir tərəfdən əvvəlki namizədlərin əksəriyyəti saxlanılsa da, digər tərəfdən yeni namizədlər də əlavə olunub, Şaitdin Əliyevin adı isə siyahıdan çıxarılıb.

Bəs siyahıdan adı çıxarılan Şaitdin Əliyev kimdir?

News365.az-ın məlumatına görə, Şaitdin Əliyev 1947-ci il sentyabrın 18-də anadan olub, ali təhsilini hidromeliorasiya və hüquq sahələri üzrə alıb və rus dilini bilir.

O, 1995-ci ildə I çağırış Milli Məclisin deputatı seçilərək sosial siyasət komissiyasında və parlamentlərarası işçi qruplarında fəaliyyət göstərib.

2000-2005-ci illərdə II çağırış Milli Məclisin deputatı kimi regional məsələlər və beynəlxalq əlaqələr sahəsində çalışıb.

2010-cu ildən Mərkəzi Seçki Komissiyasının üzvü və sədr müavini kimi fəaliyyət göstərib, həmçinin dövlət təltifləri ilə mükafatlandırılıb.

Seçilən
23
1
news365.az

2Mənbələr