AZ

Azərbaycan ÜƏMT nin üç böyük komitəsində təmsil olunur və onun ən vacib assambleyasından birinə rəhbərlik edir

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 22 aprel, AZƏRTAC

Azərbaycan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) üzv dövlətlərinin Assambleyalarının 66-cı iclasında Bern İttifaqı İcraiyyə Komitəsinin daimi üzvü seçilmiş 40 ölkə sırasında yer alıb.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov deyib. Agentliyin rəhbəri bildirib ki, ölkəmiz, həmçinin 2027-ci ildə keçiriləcək Baş Assambleyanın növbəti sessiyasının bağlanışınadək olan dövr üçün Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) ən vacib rəhbər orqanlarından olan Koordinasiya Komitəsinə 194 ölkə arasından daimi üzv seçilmiş 83 dövlətdən biridir: “Həmin dövrədək Azərbaycan Proqram və Büdcə Komitəsində təmsil olunacaq 53 dövlət sırasında da yer alıb. ÜƏMT-nin Assambleyalarının vəzifəli şəxslərinin seçkilərində isə Azərbaycanın Əqli Mülkiyyət Agentliyinin rəhbəri 118 üzv dövlətin təmsil olunduğu ÜƏMT-nin Müəllif hüquqları Müqaviləsi Assambleyasının sədri seçilib.

Beləliklə, Azərbaycan BMT-nin ən böyük qurumlarından biri olan ÜƏMT-nin üç böyük komitəsində təmsil olunur və onun ən vacib assambleyasından birinə rəhbərlik edir”.

Müxbir – Aysel Azadqızı

Fotoqraf – Azər İbrahimov

Operator – Şövqi Əzizov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
1
azertag.az

2Mənbələr