AZ

İran XİN: Diplomatiya üçün zəruri şərait yarandıqda, Tehran müvafiq addımlar atacaq

İran istənilən təhdidə qarşı özünümüdafiə etməyə hazırdır.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Pakistan xarici işlər nazirinin İran və ABŞ-dan 8 aprel tarixli atəşkəsin uzadılması müraciətinə münasibət bildirərkən deyib.

Bəqayi Pakistanın müharibənin dayandırılması və regionda sülhün bərqərar olunması istiqamətində vasitəçilik səylərini yüksək qiymətləndirib.

O bildirib ki, bu müharibəyə İran başlamayıb və Tehranın bütün addımları ABŞ-la İsrailin hərbi təcavüzü qarşısında qanuni özünümüdafiə hüququ çərçivəsində atılıb.

Bəqayi vurğulayıb ki, İran həm hərbi sahədə, həm də siyasi müstəvidə baş verən prosesləri diqqətlə izləyir və milli maraqların, eləcə də təhlükəsizliyin qorunması üçün zəruri tədbirlər görəcək.

Onun sözlərinə görə, ordu istənilən təhdidə qarşı tam hazır vəziyyətdədir.

XİN sözçüsü diqqətə çatdırıb ki, ABŞ və İsrailin məsuliyyətə cəlb edilməsi, müharibə cinayətləri törədənlərin cəzalandırılması və dəymiş ziyanın ödənilməsi üçün bütün imkanlardan istifadə edəcək.

Bəqayi ABŞ-la mümkün növbəti danışıqlar barədə də danışıb. O deyib ki, diplomatiya milli maraq və təhlükəsizliyin təmin olunması üçün əsas vasitədir və bu istiqamətdə zəruri, məntiqli şərait yarandığı təqdirdə, Tehran müvafiq addımlar atacaq.

Haşim Rahimi

Seçilən
74
2
apa.az

3Mənbələr