AZ

Bazarda paltar davası 5000 manata başa gəldi Bunu qəbul etməyən qızım Zülfiyyənin üzərinə hücum etdi

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Şəkidə paltar mağazasında iki qadın arasında yaranan mübahisə cinayətlə nəticələnib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin aprelin 9-da Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən mərkəzi bazarda baş verib.1987-ci il təvəllüdlü Təranə həmin gün səhər saat 09:30-da işlədiyi paltar mağazası ilə qonşuluqda olan paltar mağazasında işləyən Zülfiyyənin onun anası Lətifənin (adlar şərtidir red.) mağazanın qarşısına paltarlar asmasını irad tutmasını cüzi səbəb kimi bəhanə edib.O, heç bir əsaslı səbəb olmadan zərərçəkmiş şəxsin üzərində zor tətbiq olunması, o, cümlədən mərkəzi bazarda ətrafda olan mağazaların iş rejiminin 10-15 dəqiqə müddətində pozulması, bazarda olan vətəndaşların narahatlıqlarına səbəb olan hərəkətlər edib.Təranə ətrafda olan insanlara məhəl qoymayaraq Zülfiyyənin ünvanına ucadan nalayiq ifadələr işlədib və nalayiq söyüşlər söyüb. Habelə onu döyəcəyi ilə hədələyib və qəsdən əli ilə ona çoxsaylı zərbələr vurub.Faktla bağlı Təranənin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib.Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü təqsirli bilib və əməlindən peşman olduğunu qeyd edib. O, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarına əsasən barəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə olan cinayət təqibinə və cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş edib.Məhkəmə çəkişməsi zamanı zərərçəkmiş şəxs mülki cavabdeh təqsirləndirilən şəxsə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barəsində olan mülki iddiası icraata qəbul edilib. Zərərçəkmiş şəxs və vəkili mülki iddiasının təmin edilməsini, ədalətli qərar çıxarılmasını xahiş ediblər.İş üzrə şahid qismində ifadə verən Lətifənin sözlərinə görə, təxminən 10 ildir Şəki şəhərində bazar ərazisində qadın paltarlarının satışı ilə məşğul olur: “Bazarda mənim qonşuluğumda Zülfiyyə də qadın paltarlarının satışı ilə məşğul olur. Onun mənim qızım Təranə arasında təxminən üç il olar ki, münaqişəsi var. Aramızda baş vermiş münaqişə səbəbindən bir neçə dəfə bir-birimizdən polis şöbəsinə şikayət etmişik”.Lətifə qeyd edib ki, məlum hadisə günü, səhər təxminən 9 radələrində Zülfiyyə paltarları onun mağazasının qarşısına asmağa başlayıb: “Mən Zülfiyyəyə etiraz etsəm də, o, etirazıma məhəl qoymadı. Belə olduqda paltarları götürərək qırağa qoydum. Zərərçəkmiş şəxs isə qaytararaq yerinə qoydu. Bizim aramızda mübahisə yarandı. Mən Zülfiyyəyə mağazanı icarə verən şəxsə bu barədə məlumat vermək istədim. Lakin həmin şəxsi tapmadığım üçün geri qayıtdım. Təxminən 1-2 dəqiqə sonra qızım Təranə yanıma gəldi. Mən Zülfiyyənin asdığı paltarları asdığı yerdən götürdüm və yerə atdım. Bu zaman Zülfiyyə ünvanıma nalayiq ifadələr işlətdi. Bunu qəbul etməyən qızım əsəbiləşdi və Zülfiyyənin üzərinə hücum etdi. Mən Təranəni saxlaya bilmədim və dava-dalaş yarandı. Mən qızım ilə Zülfiyyəni ayırmaq istəsəm də, gücüm çatmadığı üçün onları ayıra bilmədim. Bundan sonra bazarda olan tanımadığım şəxslər qızım ilə Zülfiyyəni ayırdılar”.Şəki Rayon Məhkəməsinin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə və cinayət işinin icraatına xitam verilib. Təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilib.İddiaçı Zülfiyyənin təqsirləndirilən şəxsə qarşı maddi və mənəvi ziyan tələbinə dair mülki iddiası qismən təmin edilib. Təqsirləndirilən şəxsdən 5000 manat mənəvi zərər, 600 manat hüquqi xidmətlərin göstərilməsi ilə bağlı vəkilə ödənilən xidmət haqqıvə 76 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5676 manat pul tutularaq zərərçəkmiş şəxsə ödənilməsi qərara alınıb. İddia qalan hissədə təmin edilməyib.Fariz Məlikli

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
55
demokrat.az

1Mənbələr