ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
Ukrayna Prezidenti Volodimir Zelenski “United News”a müsahibəsində bildirib ki, İranla müharibə Rusiyanı dolayı yolla gücləndirir. Onun sözlərinə görə, bu müharibə ABŞ-ı yorur və Avropanın enerji ehtiyatlarını tükəndirir. Zelenski həmçinin Rusiyanın ağır iqtisadi vəziyyətdə olduğunu, 100 milyard dollarlıq büdcə kəsirinin qısa müddətli müharibə ilə doldurulmasının mümkün olmadığını deyib. O əlavə edib ki, bu proseslər Çin və başqa ölkələrin də mövqeyinə təsir edir və Ukraynanın hava hücumundan müdafiə imkanlarını da məhdudlaşdırır.Zelenskinin bu açıqlaması qlobal enerji və təhlükəsizlik balansına necə təsir edə bilər? Zelenskinin dediklərində həqiqət payı varmı?
Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ və İran arasında müharibə və böhranın davam etməsi neft qiymətlərinin yüksək səviyyədə qalmasına gətirib çıxarır. Bu da Rusiyanın iqtisadi maraqlarına xidmət edir. Rusiyaya qarşı neftlə bağlı müəyyən sanksiyalar aradan qaldırılıb. Hazırkı böhran fonunda bir növ diqqətlər İrana yönəlib, Ukrayna müharibəsi isə arxa plana keçib. ABŞ Ukraynaya hava hücumundan müdafiə sistemlərinin verilməsini yubadır. Hazırda qlobal enerji və təhlükəsizlik sahəsində ciddi problemlər var.
“Həqiqətən də prezident Zelenskinin qeyd etdünyada çox ciddi böhranın olduğunu göstərir. Çünki ABŞ-ın İrana qarşı həyata keçirdiyi əməliyyatlar onun hərbi ehtiyatlarını tükəndirir və Ukraynaya lazım olan hava hücumundan müdafiə sistemlərini də vaxtında verməsinə mane olur, bu da böhrana gətirib çıxarır. Rusiya da bir növ Ukrayna istiqamətində mövqelərini gücləndirməyə çalışır”, — deyə politoloq bildirib.
Məhəmməd Əsədullazadə hesab edir ki, son günlərdə Rusiya Ukraynaya qarşı ballistik raketlərdən kifayət qədər istifadə edərək müxtəlif şəhərlərə zərbələr endirir. Onun fikrincə, Ukrayna Prezidenti həyəcan təbili çalır. Ukraynaya Böyük Britaniya, Almaniya, Fransa, İtaliya kifayət qədər logistik və hərbi dəstək göstərsə də, bu, kifayət etmir və ABŞ-ın əsas yardımları lazımdır.
“ABŞ İrana qarşı demək olar ki, kifayət qədər ehtiyatlarını cəmləyir. Ukrayna məsələsinin arxa plana keçməsi Rusiyanın da əlini gücləndirir və Rusiya danışıqlar masasına əyləşmir. İndi Zelenski təklif edib ki, Türkiyədə Putinlə bir araya gələ bilər. Bir tərəfdən Rusiyanın neftinə müəyyən sanksiyaların aradan qaldırılması növbəti danışıqlar prosesinin də baş tutmaması deməkdir. Yəni proseslər bu istiqamətdə inkişaf edir. Ona görə də Vladimir Zelenski çalışır ki, Ukraynaya diqqət artırılsın və beynəlxalq təhlükəsizlik sistemi böhranı fonunda Ukrayna yaddan çıxmasın. Çünki İran məsələsindən daha önəmli Ukrayna məsələsidir. Çünki Rusiyanın qalib gəlməsi ümumi dünya siyasi nizamını poza bilər və ABŞ-ın Ukraynaya daha çox diqqət ayırmasına çalışır”, — deyə politoloq bildirib.
İradə Cəlil, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.