Bakivaxti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Xəbər verdiyimiz kimi, bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib, partiyanın MSK üzvlüyünə yeni namizədləri müəyyənləşib.
Bakıvaxtı.az-ın xəbərinə görə, siyahıda adı yer alanlar arasında Mustafayeva Elnarə Eyyub qızının Komissiyanın əvəzedici üzvü seçilməsi üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdimat verilməsi barədə qərar qəbul edilib.
Elnarə Mustafayeva kimdir?
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, Mustafayeva Elnarə Eyyub qızı 24 sentyabr 1975-ci ildə anadan olub. Ali təhsillidir.
O, uzun illərdir Yeni Azərbaycan Partiyasında fəaliyyət göstərir. E.Mustafayeva hal-hazırda YAP-ın Yasamal rayon təşkilatının sədr müavinidir.
Murad İsmayıl
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.