AZ

Deputat: Azərbaycanda əsas problem qanunun reallaşma mexanizmidir

Sherg.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Qanun nə qədər yaxşı hazırlanırsa hazırlansın, Azərbaycanda əsas problem qanunda deyil. Əsas problem qanunun reallaşma mexanizmidir. Əgər onun işlək reallaşma mexanizmi və səmərəli fəaliyyət göstərən mexanizmi varsa, işləyəcək. Yoxdursa, işləməyəcək".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Maliyyə icarəsi haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı deputat Əli Məsimli deyib.

O qeyd edib ki, bu qanun qəbul olunandan sonra işlək mexanizm olsa, işləyəcək: "Olmasa, burada xeyli dərəcədə qarışıq məqamlar var. Bu məqamlar bir-birinə qarışanda, bunun işləmə effekti aşağı düşəcək".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
7
sherg.az

8Mənbələr