AZ

Almaniyanın müdafiə naziri: Bundesver Avropanın ən güclü konvensional ordusuna çevrilməlidir

Berlin, 22 aprel, AZƏRTAC

Almaniyanın müdafiə naziri Boris Pistorius yeni hərbi strategiyanın təqdimatındakı çıxışında ordunun şəxsi heyətinin artırılacağını və silahlanmanın müasirləşdiriləcəyini bildirib.

AZƏRTAC xəbər verir ki, Bundesverin Avropanın ən güclü konvensional ordusuna çevrilməli olduğunu qeyd edən nazir şəxsi heyətin sayının artırılması - aktiv hərbi qulluqçuların sayının 260 minə və ehtiyatda olan hərbçilərin sayının isə 200 minə çatdırılması hədəfinin saxlanıldığını bildirib. O, prosesin üç mərhələdə həyata keçirilməsinin - hazırkı onilliyin sonuna qədər şəxsi heyətin kəskin artırılmasının, 2035-ci ilə qədər silah sistemlərinin yenilənməsinin, növbəti illərdə isə diqqətin avtomatlaşdırma və süni intellektin tətbiqinə yönəldilməsinin nəzərdə tutulduğunu qeyd edib.

Qeyd edək ki, ilk dəfədir ki, Bundesverin hərbi strategiyası rəsmən elan olunur. Nazir bunu dünyadakı vəziyyətin təhlükəli hala gəlməsi və proqnozlaşdırılmasının mümkün olmaması ilə əsaslandırıb.

Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Seçilən
67
2
azertag.az

6Mənbələr