O deyib ki, imtahanda yalnız zəif və orta hazırlıqlı abituriyent deyil, yaxşı hazırlıqlı iştirakçıları da bir-birindən fərqləndirmək tələb olunur. İmtahanın asan və ya çətin olması da nisbi bir məsələdir. İmtahan iştirakçısının hazırlıq səviyyəsinə görə bu, əlbəttə, dəyişir. Hər hansı bir tapşırıq kimə görəsə çətin, kimə görəsə asan ola bilər. Keçid ballarının formalaşmasına isə bir neçə amil təsir göstərir. Abituriyentlərin sayı, plan yerləri və abituriyentlərin imtahan nəticələri hər hansı bir ixtisas üzrə keçid balını formalaşdırır. İndiki mərhələdə nəsə demək tezdir. Qəbul imtahanları qabaqdadır. Ancaq DİM ixtisas seçimindən öncə – avqust ayında lazımi statistik məlumatları ictimaiyyətə təqdim edəcək və o zaman əvvəlcədən hər hansı proqnoz vermək mümkün olacaq. “Həm plan yerləri bilinəcək, həm də abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanması təqdim olunacaq. Proqnoz vermək bütün bunlar bəlli olandan sonra mümkün olacaq.”-deyə, mətbuat katibi qeyd edib.