AZ

“Atəşgah” Sığorta Şirkəti “AtaSığorta”nın ləğvinə münasibət bildirib

Bakı. Trend:

Bu ilin aprelin 10-dan etibarən “AtaSığorta” ilə vətəndaşlararasında bağlanmış bütün sığorta müqavilələri “Atəşgah” SığortaŞirkəti ASC-yə ötürülüb. Bu dəyişiklik nəticəsində, əvvəlki dövrərzində “AtaSığorta”da sığortalanan vətəndaşlar, hər hansı birsığorta hadisəsi və ya digər müraciətləri ilə bağlı bundan sonrayalnız “Atəşgah” Sığorta Şirkətinə müraciət etməli olacaqlar.

Bu barədə Trend-in sorğusuna cavab olaraq “Atəşgah” SığortaŞirkəti ASC-dən bildirilib.

“Keçid dövrünün problemsiz həyata keçirilməsi və müştərilərinhüquqlarının tam şəkildə qorunması məqsədilə müvafiq qaydalara tamriayət ediləcəkdir. Şəffaflıq və məlumatlandırma prosesləri müvafiqolaraq təmin ediləcək, müştərilərin hər hansı bir narahatlıqyaşamaması üçün bütün lazımi tədbirlər görüləcək.

Bu ötürülmə prosesi, “Atəşgah” Sığorta Şirkəti ASC üçün bazarmövqeyinin gücləndirilməsi və məhsul portfelinin genişləndirilməsibaxımından mühüm bir fürsət kimi dəyərləndirilir.

Şirkət, müştərilərə daha geniş və rəqabətli sığorta məhsullarıtəqdim etməyi hədəfləyir və gələcəkdə bu istiqamətdə müvafiqstrateji addımlar atmağı planlaşdırır”, - məlumatda vurğulanıb.

Qeyd edək ki, ötən gün Azərbaycan Mərkəzi Bankı tərəfindən“AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinin lisenziyası ləğv edilib.

Bildirilib ki, “Sığorta fəaliyyəti haqqında” AzərbaycanRespublikasının Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraqkönüllü müraciət əsasında Azərbaycan Respublikası Mərkəzi Bankınınİdarə Heyətinin 17 aprel 2026-cı il tarixli qərarı ilə “AtaSığorta”Açıq Səhmdar Cəmiyyətinə (Cəmiyyət) sığorta fəaliyyətinə verilmiş10 noyabr 2009-cu il tarixli, 000300 nömrəli lisenziya ləğvedilib.

"Cəmiyyətin lisenziyasının ləğvi sığorta sektorunun maliyyədayanıqlılığı və sabitliyinə heç bir təhdid yaratmır.

Ləğvetmə prosesi Azərbaycan Respublikasının qanunvericiliyiçərçivəsində Mərkəzi Bank tərəfindən nəzarətdə saxlanılacaqdır", -Mərkəzi Bankın məlumatında vurğulanıb.

Məqalədə:
Seçilən
69
1
az.trend.az

1Mənbələr