AZ

Donald Trump nüvə kodlarından istifadə etməyə çalışdı - Ağ Evdən açıqlama

“Donald Trump ABŞ ilə Iran arasında mümkün müharibə zamanı həqiqətən “nüvə kodlarından istifadə etməyə” cəhd edibmi? Keçmiş CIA əməkdaşının sözlərindən sonra bu iddia internetdə yayılarkən, Ağ Ev də bunu təkzib etməyə məcbur qaldı”. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Prosesi alovlandıran isə keçmiş CIA əməkdaşı Larry Johnsonın 20 aprel tarixində, keçmiş Fox News hüquq analitiki Andrew Napolitanonun təqdim etdiyi “Judging Freedom” adlı podkastda dedikləri oldu. Johnsonun iddiasına görə, Trump ötən şənbə günü Orta Şərq böhranı ilə bağlı keçirilən gərgin iclas zamanı “nüvə kodlarından istifadə etməyə” çalışıb. Bu məlumatı yayan isə Newsweek olub; jurnal eyni zamanda Ağ Evin sözçü vasitəsilə bu iddiaların yayılmasını sərt şəkildə tənqid edən açıqlamasını da dərc edib.

Heç bir konkret sübutla təsdiqlənməyən Johnsonun açıqlamaları, Trump ilə Baş Qərargah Rəisləri Komitəsinin sədri, general Dan Caine arasında baş verdiyi iddia olunan gərgin mübahisəyə əsaslanır.

Johnsonun sözlərinə görə, mübahisə “görünür, real bir qarşıdurmaya” çevrilib və bu zaman general Caine “guya mövcud olan nüvə kodlarının” istifadəsinə razılıq verməkdən imtina edib. Yeganə sübut kimi isə podkastda Caine-in Ağ Ev bağlarında başı aşağı şəkildə yeridiyini göstərən bir görüntü təqdim olunub.

Newsweek vurğulayır ki, bu iddianı təsdiqləyən heç bir müstəqil sübut yoxdur. 18 aprel tarixində İranla atəşkəsin pozulma ehtimalını müzakirə etmək üçün yüksək səviyyəli iclasların keçirildiyi bildirilsə də, heç bir media qurumu və ya rəsmi şəxs nüvə hücumu üçün icazə istənildiyini təsdiqləməyib.

North Carolina ştatının senatoru Thom Tillis Newsweek-ə açıqlamasında bildirib: “Bu inandırıcıdırmı? Bu suala cavab verməzdən əvvəl etibarlı mənbələrdən bir neçə təsdiq görməliyəm.” Tillis əlavə edib: “Bunu təsəvvür edə bilmirəm. Mənim tanıdığım prezidentə görə, bunun heç vaxt ciddi şəkildə düşünülmüş bir seçim olduğunu ağlıma belə gətirə bilmirəm”.

Müəllif: Günay Hacıyeva
Seçilən
39
8
sia.az

10Mənbələr